Milli Məclis “Hava gəmilərində törədilmiş cinayətlər və bəzi digər aktlar haqqında” Konvensiyada dəyişiklik edilməsinə dair Protokolu təsdiqləyəcək.
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılan qanunda qeyd olunub.
Qanun layihəsinə görə, Azərbaycan "Hava gəmilərində törədilmiş cinayətlər və bəzi digər aktlar haqqında” Konvensiyada dəyişiklik edilməsinə dair Protokol”a qoşulacaq.