Modern.az

Güclü təsir edən maddələrin siyahısı müəyyənləşir

Güclü təsir edən maddələrin siyahısı müəyyənləşir

14 Sentyabr 2023, 11:59

Güclü təsir edən maddələr və onların külli, xüsusilə külli miqdarlarının siyahısı müəyyənləşir.

 

Modern.az xəbər verir ki, bu, “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.

 

Layihədə təklif edilən dəyişikliklər Cinayət Məcəlləsinin 240-cı (Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) maddəsinə dəyişiklik edilərək narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə əməllərini xüsusilə külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilib.

 

Qəbul edilmiş bu dəyişikliyin narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin Xüsusilə külli miqdarını müəyyən edən müvafiq qanunla eyni gündə qüvvəyə minməsi nəzərdə tutulub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi