Modern.az

Abdullah Gül: “Arzu edirəm bu sammit Qarabağda keçirilsin”

Abdullah Gül: “Arzu edirəm bu sammit Qarabağda keçirilsin”

Təhsil

16 Avqust 2013, 11:32


Türkiyə prezidenti:  “Türk dünyasının bütün önəmli məsələlərinin başında Dağlıq Qarabağ problemi dayanır”

 «Türk dünyasının bütün önəmli məsələlərinin başında Dağlıq Qarabağ problemi dayanır. Azərbaycan torpaqlarının işğalı ilə bağlı yaranmış mövcud durum qəbuledilməzdir». 

APA-nın məlumatına görə, bunu Qəbələ şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammitində çıxışı zamanı Türkiyə prezidenti Abdullah Gül deyib. 

A. Gül qeyd edib ki, Dağlıq Qarabağ problemi qısa zamanda həllini tapmalıdır: «Biz Dağlıq Qarabağ probleminin sülh yolu ilə, Azərbaycanın torpaq bütövlüyü çərçivəsində həllinə əlimizdən gələn dəstəyi verəcəyik. Gələcəkdə bu toplantının birinin də Dağlıq Qarabağın şəhərlərinin birində keçirilməsini arzu edirəm».

 

Modern.az  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj