Modern.az

Meriyadan Milli Şura ilə bağlı yeni AÇIQLAMA: “Müraciətlərinə cavabı götürmürlər”

Meriyadan Milli Şura ilə bağlı yeni AÇIQLAMA: “Müraciətlərinə cavabı götürmürlər”

16 Avqust 2013, 11:48

Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuraya xəbərdarlıq edib. İcra Hakimiyyətinin İctimai-təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanov Modern.az-a açıqlamasında bildirib ki, Milli Şuranın 18 avqust mitinqinə cavab verilsə maraqlanan yoxdur.

Meriya rəsmisinin sözlərinə görə, cavab iki gündür hazır olsa da Milli Şura üzvləri cavabı hələ də götürməyiblər.

“Cavab iki gündür hazırdır. Biz dünən onlarla əlaqə saxlamağa çalışsaq da bu mümkünb olmadı. Bu gün bildirmişik ki, gəlib cavabı götürsünlər”-deyə bildiriən Z.Ramazanov “20-ci sahə”nin mitinq üçün təklif olunması haqda deyilənlərə belə cavab verib:

“Onlar cavabı hələ gəlib götürməyiblər, necə bilirlər ki, “20-ci sahə” təklif olunub. Bunlar doğru məlumatlar deyil. Biz öz cavabımızı vermişik. Konkret olaraq mən etik baxımdan cavab barədə məlumat verə bilmərəm”.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj