Modern.az

Türk Şurasına sədrlik İlham Əliyevə verildi

Türk Şurasına sədrlik İlham Əliyevə verildi

16 Avqust 2013, 11:48


Bu gün Qəbələ şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TÜRKKON) sammiti keçirilib.  

Modern.az APA-ya istinadən bildirir ki, tədbirdə Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Abdullah Gül, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Almazbek Atambayev və Türkmənistan baş nazirinin müavini Safardurdu Toyliyev (müşahidəçi qismində) iştirak ediblər. 

Tədbirə TÜRKKON Ağsaqqallar Şurasının Azərbaycan tərəfdən nümayəndəsi, millət vəkili Fəttah Heydərov, TÜRKPA baş katibi Ramil Həsənov, TÜRKSOY baş katibi Düsen Kaseinov da qatılıblar. 

Sammitdə TÜRKKON-a sədrlik Qırğızıstandan Azərbaycana keçib. Qırğızıstan prezidenti sədrliyi Azərbaycan prezidenti İlham Əliyevə təhvil verib. 

Tədbirdə çıxış edən prezidentlər ölkələrində həyata keçirilən müxtəlif layihələr, o cümlədən regional əməkdaşlığın gücləndirilməsi sahəsində fikirlərini açıqlayıblar. 

TÜRKKON baş katibi Xəlil Akıncı isə ötən dövrdə görülən işlər barədə hesabatla çıxış edib. 

Sammitin yekununda Qəbələ Bəyannaməsi qəbul olunub.

Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj