Modern.az

Bu rayonun icra başçısına yeni müavin təyin edildi

Bu rayonun icra başçısına yeni müavin təyin edildi

Ölkə

14 Sentyabr 2023, 13:48

Naim Cahidzadə Sədərək rayon İcra Hakimiyyəti başçısının müavini təyin edilib.

 

Modern.az xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb. Sərəncama əsasən, Naim Cahidzadə, həmçinin Sədərək Rayon İcra Hakimiyyəti başçısının vəzifələrini icra edəcək.

 

Qeyd edək ki, Naim Cahidzadə bu təyinatadək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsində çalışıb.

 

Sədərək rayon İcra Hakimiyyətinin başçısı Mahirə Adnayeva bir neçə gün əvvəl tutduğu vəzifədən azad edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama