Modern.az

Bu deputatların seçki dairələri ləğv edilir? - ŞOK AÇIQLAMA

Bu deputatların seçki dairələri ləğv edilir? - ŞOK AÇIQLAMA

Parlament

14 Sentyabr 2023, 14:20

REAL Partiyasının sədri İlqar Məmmədov özünün sosial media hesabında Azərbaycanda bir sıra seçki dairələrinin ləğv olunacağını və yenilərinin yaradılacağını bildirib.

 

Modern.az xəbər verir ki, partiya sədri ləğv ediləcək 3 seçki dairəsinin adını açıqlayıb.

 

Onun sözlərinə görə, 114 saylı Şəki kənd birinci seçki dairəsi (bu dairədən Əli Məsimli deputat seçilib) 76 saylı Lənkəran-Astara seçki dairəsi (bu dairənin deputatı Ziyafət Əsgərovdur) və 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi (Fəzail İbrahimli) ləğv ediləcək. Partiya sədri iddia edib ki, Sumqayıtda 2, Abşeronda isə 3 yeni seçki dairəsi yaradılacaq.

 

İlqar Məmmədov dəyişikliklərin ölkə daxilindəki əhali köçü ilə bağlı olduğunu bildirib. Məlumata görə, ləğv edilən dairələrə daxil olan seçki məntəqələri qonşu dairələr arasında bölünəcək.

 

"Bunları haradan bilirik? Sözügedən o 3 dairədə partiyamızın təqdim etdiyi Dairə Seçki Komissiyası üzvləri var və dünən MSK bizə şifahi şəkildə onların yerinə yeni dairələrdə üzv təklif etməli olduğumuzu bildirdi", - o vurğulayıb.

 

REAL sədri Mərkəzi Seçki Komissiyasının (MSK) qərarının doğru olduğunu bildirib. 

 

Məsələ ilə bağlı MSK ilə əlaqə yaratmaq mümkün olmayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi