Modern.az

Türkdilli dövlətlərin nazirləri Misirdəki vəziyyətlə bağlı birgə bəyanat qəbul edib

Türkdilli dövlətlərin nazirləri Misirdəki vəziyyətlə bağlı birgə bəyanat qəbul edib

16 Avqust 2013, 11:35

Türkdilli Dövlətlərin Xarici İşlər Nazirləri Şurasının avqustun 15-də Qəbələdə keçirilən iclasında Misirdəki vəziyyətlə bağlı bəyanat qəbul olunub.

Modern.az APA-ya istinadən bildirir ki, bəyanatda deyilir: “Biz Misirdə davam edən nümayişlərə cavab olaraq gücdən istifadə nəticəsində insanların həyatını itirməsi və yaralanmasından təəssüflənirik. Hesab edirik ki, mülki şəxslərin həlak olması qəbuledilməzdir. Öldürülən şəxslərin ailələrinə başsağlığı veririk, eyni zamanda yaralanan şəxslərin tam və tezliklə sağalmasını arzu edirik. Biz, ölkədə barışın həyata keçirilməsinə zəruri ehtiyacın olduğunu vurğulayır və təhlükəsizlik, demokratiya və sabitliyin bərpa olunmasına çağırırıq”.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj