Modern.az

Dairəsi ləğv ediləcəyi deyilən deputat DANIŞDI: Bunu təbii qarşılamaq lazımdır...

Dairəsi ləğv ediləcəyi deyilən deputat DANIŞDI: Bunu təbii qarşılamaq lazımdır...

14 Sentyabr 2023, 15:56

Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov bəzi seçki dairələrinin ləğv ediləcəyi iddiası ilə çıxış edib. O, sosial şəbəkə hesabında yazıb ki, Şəkidə 114 saylı, Lənkəranda 76 saylı və Cəlilabadda 69 saylı seçki dairələri ləğv olunacaq.

 

İlqar Məmmədov bəzi seçki dairələrinin ləğv edilməsinə baxmayaraq, deputatların sayında dəyişiklik olmayacağını bildirib. Onun sözlərinə görə, Sumqayıtda 2, Abşeronda isə 3 yeni dairə yaradılacaq.

 

Məlumat üçün bildirək ki, 2020-ci ildə baş turan parlament seçkiləri zamanı 69 saylı seçki dairəsindən Fəzail İbrahimli, 76 saylı seçki dairəsindən Ziyafət Əsgərov, 114 saylı seçki dairəsindən isə Əli Məsimli deputat semilib.

 

Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli Modern.az-a iddia ilə bağlı danışıb. O, iddia ilə bağlı heç bir məlumatının olmadığını bildirib.

 

“Mənim bununla bağlı məlumatım yoxdur, xəbərsizəm. Məsələ ilə bağlı nəyisə deyə bilmərəm. Əgər hər hansı siyasi islahatların tərkib hissəsidirsə, bunu təbii qarşılamaq lazımdır”,-deyə o bildirib. 

Bu xəbər ilə bağlı
Bu deputatların seçki dairələri ləğv edilir? - ŞOK AÇIQLAMA
Xəbəri oxu
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi