Modern.az

“Qarabağ” klubundan Toğrul Əzizə minnətdarlıq

“Qarabağ” klubundan Toğrul Əzizə minnətdarlıq

16 Avqust 2013, 12:04

“Qarabağ” futbol klubu Almaniyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evinin sədri Toğrul Əzizova cavab yazmaq niyyəti yoxdur.

Xatırladaq ki, Avroliqanın “pley-off” mərhələsində”Qarabağ” klubu Almaniyada “Ayntraxt” klubu ilə qarşılaşmalıdır. Oyunda baş tuta biləcək erməni təxribatı ilə bağlı Azərbaycan Mədəniyyət Evinin sədri Toğrul Əzizov kluba xəbərdarlıq məktubu göndərib.

“Qarabağ” futbol klubu mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Modern.az-a bildirib ki, T. Əzizin məktubu qeyri-rəsmi status daşıyır və ona cavab vermək heç nəyi dəyişmir. “Bu məsələ dünən gündəmi tutmuşdu.

Məktubun nüsxəsini qəzetlər, saytlar, fərdi şəxslər göndərdi. Biz də öz növbəmizdə təxribatın qarşısının alıəmasından ötrü görəcəyimiz tədbirlər barədə də medianı da məlumatlandırdıq. Bizə məktub göndərərək qabaqcadan xəbərdarlıq etdiklərinə görə, çox sağ olsunlar. Amma məktub qeyri-rəsmi status daşıdığından rəsmi olaraq məktuba cavab verilməsi heç nəyi dəyişməyəcək”. 

Qeyd edək ki, Almaniyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evinin sədri Toğrul Əziz Modern.az-a məlumat göndərərək “Qarabağ” futbol klubu ilə Almaniyanın “Ayntraxt” klubunun oyunu zamanı erməni separatçılarının təxribat törədəcəkləri barədə onlarda məlumat olduğunu bildirib. Toğrul Əziz bununla bağlı “Qarabağ” Futbol Klubunun rəhbərliyinə müraciət məktubu göndərib.    

 

Gültəkin ƏLƏSGƏR

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj