Modern.az

Müxalifət liderləri də mitinqdə iştirak edəcək

Müxalifət liderləri də mitinqdə iştirak edəcək

16 Avqust 2013, 12:13


Milli Şura Bakı şəhər İcra hakimiyyətinin mitinqlə bağlı qərarına razılıq verib. Bu barədə Modern.az-a məlumat verən MŞ üzvləri Bakı Merinın “20-ci sahə” təklifi ilə razılaşdıqlarını açıqlayıblar.

Milli Şuranın ilk mitinqində müxalifət liderləri də iştirak edəcək. İlkin məlumatlara icazəli mitinqə Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, ACP sədri Sülhəddin ƏKbər, “El” hərəkatının rəhbəri Eldar Namazov, ALP sədri Əvəz Temirxan, KXCP sədri Mirmahmud Mirəlioğlu və digər müxalifət təmsilçilərinin qatılacağı gözlənilir.

Qeyd edək ki, Milli Şuranın ilk mitinqi avqustun 18-də saat 17:00-də Bayıl qəsəbəsində yerləşən Sürücülük Məktəbinin həyətində keçiriləcək.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj