Modern.az

Mətbuat Şurası Türkiyənin jurnalist təşkilatı ilə əməkdaşlıq edəcək - FOTO

Mətbuat Şurası Türkiyənin jurnalist təşkilatı ilə əməkdaşlıq edəcək - FOTO

14 Sentyabr 2023, 17:24

Azərbaycan Mətbuat Şurası ilə Türk Dünyası Qəzetəçilər Federasyonu arasında əməkdaşlıq protokolu imzalanıb. Daha əvvəl imzalanmış sənədin oxşarı olan protokola hər iki qurumun rəhbərləri - Rəşad Məcid və Menderes Dəmir imza atıblar.

 

Modern.az-ın məlumatına görə, bununla bağlı keçirilmiş toplantıda qarşılıqlı işbirliyinə verilən önəmdən söz açılıb. R.Məcid və M.Dəmir mövcud istiqamətdəki fikirlərini dilə gətirərək, əməkdaşlıq konturlarının davamının konkret sənəddə əksini tapmasından, ənənəyə çevrilməsindən məmnunluqlarını bildiriblər. Tədbirdə çıxış edən MŞ İdarə Heyətinin üzvü Aqil Ələsgər də fikirlərini bölüşüb, əməkdaşlıq protokolunun uğurlu nəticələr verəcəyinə inandığını deyib.

 

İmzalanmış sənədə gəlincə, orada Türk Dünyası Qəzetəçilər Federasyonunun təşəbbüsü olan Türk dünyası sənədli film festivalı və yarışmasına, türk dünyası sənət simpoziumuna və türk dünyası qısa filmlər festivalına zəruri media dəstəyinin göstərilməsi, bununla əlaqədar müştərək fəaliyyətin əlaqələndirilməsi nəzərdə tutulur.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rəisinin düşdüyü qəza barədə sensasion faktlar-Olaydan əvvəl...