Modern.az

Ukrayna və Türkiyənin TV-lərinin “Azerspace-1”dən yayımı başlayır

Ukrayna və Türkiyənin TV-lərinin  “Azerspace-1”dən yayımı başlayır

16 Avqust 2013, 12:49


Ukrayna və Türkiyənin kanalları artıq “Azerspace-1” üzərindən yayımlanmağa başlayır. Modern.az xəbər verir ki, bu barədə “Azərikosmos” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanın telekommunikasiya peyki “Azerspace-1” üzərindən yerli və xarici TV və radio kanallarının yayımı genişlənir. Belə ki, son günlərdə Ukraynanın dövlət televiziyası olan “UTR” kanalı və Türkiyənin “VTV Antalya” kanalı “Azerspace-1” peyki üzərindən yayımlanmağa başlayıb. “Hazırda milli peyk vasitəsilə 50-dən artıq kanal yayımlanır və yaxın gələcəkdə yayıma yeni kanalların qoşulması gözlənilir”.  

 

Aytən ƏLİYEVA

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi