Modern.az

Deputat şəhid məzarını ziyarət edib, il mərasiminə qatılıb - FOTOLAR

Deputat şəhid məzarını ziyarət edib, il mərasiminə qatılıb - FOTOLAR

15 Sentyabr 2023, 09:08

12-14 sentyabr 2022-ci il tarixlərində düşmən təxribatının qarşısının alınması zamanı şəhid olmuş müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Həsənov Ümid İlqar oğlunun Quba Rayon İcra Hakimiyyəti tərəfindən il mərasimi təşkil edilib.


İl mərasimi 14 sentyabr 2023-cü il tarixində Quba rayon İsnovqışlaq kəndində olub.

 

Modern.az xəbər verir ki, il mərasimində Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Milli Məclisin deputatı Vahid Əhmədov,YAP rayon təşkilatının sədri,rayonun hüquq-mühafizə orqanlarının və digər idarə rəhbərləri,eləcə də şəhid ailələri,qazilər,rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

 

Mərasim iştirakçıları əvvəlcə kənd qəbirstanlığında şəhid Ümüd Həsənovun məzarını ziyarət edib,sonra isə il mərasiminə qatılıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama