"Lui Bononun həm qısamüddətli prioritet olan Laçın dəhlizinin açılmasına, həm də əlbəttə ki, uzunmüddətli prioritetimizə - bütün məsələnin sülh yolu ilə həllinə nail olmaq - sadiq qalmaqda davam etməsindən başqa heç bir konkretlik yoxdur".
Modern.az ABŞ Dövlət Departamentinin rəsmi saytına istinadən xəbər verir ki, bunu keçirilən brifinqdə qurumun rəsmi nümayəndəsi Metyu Miller deyib.
"Biz yolun açılmasını istəyirik, bunu aydınlaşdırdıq. Dövlət katibi Blinken Ermənistan və Azərbaycan liderləri ilə danışıqlar aparıb", - o qeyd edib.
Miller jurnalistin Bononun Ermənistandan sonra Azərbaycana da səfər edib-etməyəcəyinə dair sualına cavab olaraq tövsiyə edib ki, müvafiq büro ilə əlaqə saxlasın.