Modern.az

Birincilərin ilk dərs günü həyəcanı - VİDEOREPORTAJ

Birincilərin ilk dərs günü həyəcanı - VİDEOREPORTAJ

Reportaj

15 Sentyabr 2023, 11:12

Bakı şəhəri 247 nömrəli tam orta məktəbdə ilk dərs gününə həsr olunmuş tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, mərasimdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələri, məktəb rəhbərliyi, valideyn və şagirdlər iştirak ediblər.

 

Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Məktəbin direktoru Sitarə Abbasova şagirdlərə yeni tədris ilində uğurlar arzulayıb. S.Abbasova yeni dərs ilində təhsil müəssisəsinin qarşıya qoyduğu məqsədlərdən söz açıb, məktəb məzunlarının qəbul imtahanlarındakı nailiyyətlərindən bəhs edib.

 

BŞTİ-nin müdiri Mehriban Vəliyeva yeni tədris ili münasibətilə müəllim, valideyn və şagirdləri təbrik edib, şagirdlərə müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı arzulayıb.

 

Modern.az Bilik Günü ilə bağlı məktəbdən hazırladığı videoreportajı təqdim edir:

 

 

Xəyalə Bayramqızı

Hilal Sultanov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya dağıdıcı zərbələr-Bu yerlər vurulur