Xəbər verdiyimiz kimi, Aslan İsmayılovun Vəkillər Kollegiyasından çıxamasında Vidadi Mahmudovu günahlandırması qarşı tərəfin sərt reaksiyasına səbəb olub. Mətbuata açıqlama verən V.Mahmudov həmkarını “Şoumen” adlandıraraq onun ittihamlarını əsassız saydığını deyib.
Modern.az-ın məlumatına görə, Aslan İsmayılov isə bi dəfə onun Mirzə Ələkbər Sabirin şeiri ilə qarşılıq verib:
- Dünənki statusumla () bağlı barəmdə cəfəng fikirlər söyləyən Vidadi Mahmudova Mirzə Ələkbər Sabirdən bir misra həsr olunur:
Hələ mən dörddə birin yazmayıram, karına bax,
Üstümə gündə söyürsən bu qədər, arına bax,
Özün insaf elə, əfkarına, ətvarına bax!
Istəmirsən yazam? Öz eybli kirdarına bax!
Kişi, sən eybini qan, mənlə əbəs cəng eləmə!
Özünü, həm məni bu barədə diltəng eləmə!
Anar RÜSTƏMOV