Modern.az

Kılıçdaroğluya rəqib oldu

Kılıçdaroğluya rəqib oldu

15 Sentyabr 2023, 15:52

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının parlamentdəki fraksiyasının sədri Özgür Özəl partiyanın sədri postuna namizədliyini irəli sürüb.

 

Modern.az xəbər verir ki, bu barədə o, mətbuat konfransında məlumat verib.

 

Özgür Özəl CHP-nin noyabrın əvvəlində keçirilməsi planlaşdırılan 38-ci növbədənkənar qurultayında sədrliyə namizədlik uğrunda Kamal Kılıçdaroğlu ilə yarışmağa qərar verib. 

 

O, seçkilərdə məğlubiyyətə görə partiya rəhbərliyini ittiham edib.

 

“Partiyamızın rəhbərliyi məğlubiyyətin səbəblərini araşdırmayıb, yeni yol xəritəsini cızmayıb”, - o deyib.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI