Modern.az

Prezident oğlu qəbul imtahanında nə qədər bal toplayıb? - AÇIQLAMA

Prezident oğlu qəbul imtahanında nə qədər bal toplayıb? - AÇIQLAMA

16 Avqust 2013, 15:33

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin oğlu Heydər Əliyev II ixtisas qrupu üzrə qəbul imtahanı verib. Bəs dövlət başçısının oğlu nə qədər bal toplayıb?

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Modern.az-a açıqlamasında bildirib ki, hər bir abituriyentin imtahan nəticələri məxfidir. “Bu barədə mənim özüm də məlumatlı deyiləm. Ali mətkəblərə yerləşdirmə ilə bağlı yaxın günlərdə “Abirutiyent” jurnalının yeni sayı çıxacaq. Burada eyni zamanda hər bir abituriyentin topladığı bal da göstəriləcək. Yəni abituriyentlərin göstəriyi nəticələri yalnız oradan əldə etmək mümkün olacaq”.

 

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj