Modern.az

İran XİN rəhbəri ABŞ-Ermənistan birgə təlimlərini tənqid etdi

İran XİN rəhbəri ABŞ-Ermənistan birgə təlimlərini tənqid etdi

15 Sentyabr 2023, 18:00

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla telefon danışığında ABŞ-Ermənistan birgə təlimlərini tənqid edib.

 

Modern.az xəbər verir ki, bu barədə məlumat İran Xarici İşlər Nazirliyinin X (Tvitter) sosial şəbəkə hesabında paylaşılıb.

 

Abdullahian erməni həmkarı ilə telefon danışığında regionda xarici qüvvələrin iştirakının yolverilməz olduğunu və bunun vəziyyəti gərginləşdirdiyini bildirib.

 

İranlı nazirin sözlərinə görə, regionda dayanıqlı sülhə nail olmağın ən səmərəli həll yolu 3+3 (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə və İran) formatıdır.

 

Qeyd edək ki, "EAGLE PARTNER-2023" ABŞ-Ermənistan birgə təlimləri 11-20 sentyabr tarixlərində Ermənistanın "Zar" tədris mərkəzinin bazasında keçirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi