Son günlər KİV-də “Xəzər Lənkəran” futbol klubunun baş məşqçi postuna dəyişiklik ediləcəyi ilə bağlı xəbərlər yayılmışdı. Modern.az xəbər verir ki, bununla bağlı klub öz rəsmi internet səhifəsində məlumat yerləşdirib. Məlumatda bu fikirlərin yalan olduğu bildirilib. Klub onu da vurğulayır ki, sözügedən vəzifəyə təyinatla bağlı heç kimlə danışıqlar aparılmır. Qeyd edək ki, “Xəzər Lənkəran”ın hazırkı məşqçisi Con Toşakın cənub klubu ilə müqaviləsi 2015-ci ildə tamamlanır.
Abbas Qəmli