Dünən axşam Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri Mahmudəli Çöhrəqanlını qarşılamağa gedən bir qrup gənc saxlanılıb. Hava limanına yollanan gənclər metronun “Koroğlu” stansiyasının çıxışında polislə qarşılaşıblar. Saxlanılanlar arasında iki media işçisinin də olduğu deyilir. Onlar “13 kanal” internet televiziyasının müxbiri və opüratorudur.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirdilər ki, yayılan məlumat uydurmadır. “Mahmudəli Çöhrəqanlı heç Bakıya gələ bilmədi. Elə hava limanından geri qaytarıldı. Xarici işlər Nazirliyinin də bununla bağlı açıqlaması var. Onun sənədləri düz olmadığından ölkəyə girişi üçün viza ala bilməyib. Belə olan halda gənclər onu necə qarşılaya bilərdilər?”, – deyə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Gültəkin ƏLƏSGƏR