Polşanın paytaxtı Varşavada yerləşən "Warsaw Modlin" hava limanında həyəcanlı anlar yaşanıb.
Bu barədə Modern.az-a hava limanında olan həmvətənlərimiz məlumat verib.
Bildirilir ki, hava limanında bomba yerləşdirilməsi barədə məlumat daxil olub. Daxil olan məlumat əsasında hüquq mühafizə orqanları hava limanından insanları evakuasiya edib.
Sonradan bomba həyəcanı ilə bağlı xəbərdarlıq ləğv edilib və məlumatın yanlış olduğu açıqlanıb.
Hava limanının normal fəaliyyəti bərpa edilib.