Modern.az

İbrahimbəyovun sənədləri niyə MSK-ya təqdim olunmur?

İbrahimbəyovun sənədləri niyə MSK-ya təqdim olunmur?

16 Avqust 2013, 15:55

Milli Şura sədri Rüstəm İbrahimbəyovun Azərbaycana qayıdıb-qayıtmayacağı bir müddət günün mövzusuna çevrilsə də indi onun seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına (MSK) nə zaman təqdim olunacağı maraq doğurur. Hətta bu məsələ ilə bağlı Milli Şurada fikirayrılığının olması diqqətdən yayınmır. R. İbrahimbəyov tərəfdarları onun seçki sənədlərinin yaxın günlərdə MSK-ya təqdim olunacağını deyirlər, digərləri bunu təkzib edərək sənədlərin hazır olmadığını bəyan edirlər.

Hazırda vəziyyət nə yerdədir? R. İbrahimbəyovun seçki sənədləri nə üçün MSK-ya təqdim olunmur?

Milli Şura üzvü, Rüstəm İbrahimbəyovun təşəbbüs qrupunun nümayəndəsi Elman Məmmədzadə Modern.az-a açıqlamasında yaranan fikir ayrılığına aydınlıq gətirməyə çalışıb.

E. Məmmədzadə narahatçılığa əsas olmadığını deyib: “Proses hazırda davam edir. Biz MSK-nın müəyyən etdiyi müddətdə Rüstəm İbrahimbəyovun seçki sənədlərini təqdim edəcəyik.  Bununla bağlı Milli Şurada heç bir narazılıq yoxdur. Milli Şura Rüstəm bəyi dəstəkləyir.  Sənədlər gecikdirilməyib, niyə gecikdirilib ki? Hələ vaxt var. Burda nə var ki? Vaxtında sənədləri təqdim edəcəyik”.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj