Modern.az

Fransalı diplomatın qovulması barədə qərar verildi

Fransalı diplomatın qovulması barədə qərar verildi

Dünya

16 Sentyabr 2023, 00:53

Burkina Faso hökuməti Fransa səfirliyinin hərbi attaşesi Emmanuel Paskyeni ölkədən qovmaq qərarına gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

 

Fransa Xarici İşlər Nazirliyi Burkina Fasonun qərarını tənqid edib.

 

Açıqlamaya görə, Emmanuel Paskye və işçiləri iki həftə ərzində ölkəni tərk etməlidirlər. Hərbi attaşenin “təxribat fəaliyyəti”nin təfərrüatları barədə məlumat verilməyib. Parisdəki Burkina Faso səfirliyinin müdafiə bölməsinin dərhal bağlandığı bildirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi