Ukrayna üçün yeni hərbi YARDIM

Ukrayna üçün yeni hərbi YARDIM

16 Sentyabr 2023, 08:07

ABŞ gələn həftə Ukraynaya növbəti hərbi yardım paketini açıqlayacaq.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan brifinqdə bildirib.

 

“Biz daim Ukraynaya yeni hərbi yardım paketləri hazırlayırıq” - deyən Ceyk Sallivan ABŞ hakimiyyətinin növbəti tranşların ayrılması ilə bağlı Kiyevi müntəzəm məlumatlandırdığını xatırladıb.

 

ABŞ səlahiyyətliləri Prezident Co Baydenin sentyabrın 21-də Vaşinqtonda ukraynalı həmkarı Vladimir Zelenski ilə danışıqlar aparacağını bildiriblər. Bundan başqa, Zelenskinin Konqresdə Demokratlar və Respublikaçılar partiyalarının liderləri ilə görüşü də gözlənilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Tarix açıqlandı - 15 günə Azərbaycan Ermənistan sülh imzalayacaq?