Ermənistan hakimiyyəti Qarabağdakı separatçıların yeni "rəhbəri"ni nəinki təbrik etməyib, hətta müzakirələr aparmaq üçün heç əlaqə də yaratmayıb.
Modern.az xəbər verir ki, bu barədə "Past" qəzeti yazıb.
Nəşr yazır ki, Ermənistan hökuməti aşağı qruplarla formal təmaslar yaratmaqla süni imitasiya etməyə çalışır, lakin ümumilikdə Ermənistandan faktiki olaraq ciddi dəstək yoxdur.
Qəzetin mənbələri deyir ki, separatçıların yeni "rəhbəri" Rusiya tərəfi ilə əlaqə yaratmağa çalışır.
Mənbələr bildirir ki, Paşinyan hökuməti Azərbaycana separatçılarla heç bir əlaqəsinin olmadığını göstərməyə çalışır.
Bir neçə gün öncə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış və Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti altında olan ərazilərindəki erməni separatçılar özlərinə yeni başçı seçdilər. Xankəndidə keçiriliən qondarma “seçki”ni separatçılar “prezident seçkisi” kimi təqdim etsələr də, xarici dövlətlər və beynəlxalq təşkilatlar separatçıların bu addınını pisləyən bəyanalar verdilər.
Ermənistan hakimiyyəti Qarabağdakı separatçı rejimin yeni başçısı Samvel Şahramanyanı təbrik etməyib. Nə baş nazir Paşinyan, nə parlamentin sədri Alen Simonyan, nə də Ermənistan prezidenti Vaaqn Xaçaturyan Samvel Şahramanyan haqqında bir kəlmə belə deməyə cəsarət edib.
Xatırladaq ki, bir neçə gün öncə Paşinyan Qarabağ separatçılarının yeni başçısı Samvel Şahramanyanı niyə təbrik etmədiyindən danışıb.
O, ölkənin İctimai Televiziyasına müsahibəsində belə deyib: “Vəziyyət elədir ki, təbrik etmək üçün xüsusi bir şey yoxdur və onun üzərinə çox ağır məsuliyyət qoyulub”.
Paşinyan qeyd edib ki, “beynəlxalq birliyin məntiqinə uyğun mövqe sərgiləyirlər”, yəni təbrik etməklə qondarma “seçkini” qınayan beynəlxalq birliyə qarşı getmək istəmirlər.