Modern.az

“Azərbaycanlılar Moskvada həbs edilir, biz Rusiyanı günahlandırırıq?” - Deputatdan ruslara CAVAB

“Azərbaycanlılar Moskvada həbs edilir, biz Rusiyanı günahlandırırıq?” - Deputatdan ruslara CAVAB

16 Avqust 2013, 16:19

Son məlumatlara görə, Rusiya prezidenti Vladimir Putinin Bakıya səfəri ərəfəsində Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən iki ləzgi həbs edilib. Həbs edilənlər Rusiya Federal Ləzgi Milli-Mədəni Muxtariyyətinin rəhbəri Arif Kərimovun qaynı, təşkilatın İcraiyyə Komitəsinin sədri Amil Sərkarovun qardaşı və A.Kərimovun digər qohumudur. Həbs olunanlardan biri Rusiya vətəndaşıdır.

Rusiya Federal Ləzgi Milli-Mədəni Muxtariyyəti bu həbslərlə bağlı kampaniya başladıb və burada iştirak edən deputat Maksim Roxmistrov bununla bağlı Dövlət Dumasında məsələ qaldırılacağını qeyd edib. (virtualaz.org)

“Hansı ölkənin vətəndaşı Azərbaycan qanunlarına riayyət etmədiyi üçün tutulur”.

Bu sözləri isə Modern.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvi, millət vəkili Yevda Abramov deyib. O qeyd edib ki, Dumada ləzgi muxtariyyətinin adından məsələ qaldırılırsa, bu Dumanın öz işidir:

“Amma bütün bunlar iki dövlət arasında əlaqələrə heç bir xələl gətirə bilməz. Onlarla azərbaycanlı Moskva bazarlarında həbs edilir, deportasiya edilir, bununla bağlı Milli Məclisdə məsələ qaldırırlar və Rusiyanı günahlandırırlar? Biz kimdəın qorxmalıyıq. Dumanın bir deputatı məsələ qaldırır, bu da iki dövlət arasında məsələlərə xələl gətirir? Qətiyyən yox. Putinin son səfəri göstərdi ki, Azərbaycan və Rusiya arasında dostluq strateji dostluqdur. Bunu hər hansı qara qüvvə poza bilməz. Məsələ qaldırırlar qaldırsınlar. Iki nəfər mülki qaydada tutulub. Məhkəmə istintaq proseslərində cinayət törədibsə cəzasını alacaq, yoxsa buraxılacaq. Dumanın bununla nə işi var?”- deyə Yevda Abramov əlavə edib.

Aytən ƏLİYEVA

Sizə yeni x var
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj