Modern.az

MSK daha 2 nəfərin namizədliyini təsdiqlədi

MSK daha 2 nəfərin namizədliyini təsdiqlədi

16 Avqust 2013, 16:22

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçiriləcək. Modern.az-ın məlumatına görə, bugünkü iclasda  Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyevin prezidentliyə namizədliyi təsdiq edilib.

MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda, həmçinin hər iki partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb.

Qeyd edək ki, prezidentliyə 14 namizəd seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Azadlıq Partiyasından partiyanın sədri Əhməd Oruc, Vətəndaş və İnkişaf Partiyasından partiyanın sədri Əli Əliyev, Azərbaycan Liberal Demokrat Partiyasından partiyanın sədri Fuad Əliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürən hüquqşünas İlqar Məmmədov (İlqar Altay), Böyük Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən deputat Zahid Oruc, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Məmməd oğlu Oruclu, öz təşəbbüsü ilə namizədliyini irəli sürən Elşən Həsənov və öz təşəbbüsü ilə namizədliyini irəli sürən İsmayıl Yusifovdur.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj