Modern.az

Qaqauzlar Türkiyədə nümayəndəlik açmaq istəyir

Qaqauzlar Türkiyədə nümayəndəlik açmaq istəyir

16 Sentyabr 2023, 17:50

Moldovanın cənubundakı Qaqauz muxtariyyətinin yeni başqanı Yevgeni Qutsul Türkiyənin "Anadolu" agentliyinə müsahibə verib.

 

Modern.az xəbər verir ki, o, müsahibəsində Türkiyə ilə münasibətləri daha yüksək səviyyəyə qaldırmağı planlaşdırdığını diqqətə çatdırıb.

 

O deyib ki, Türkiyə ilə “yalnız isti deyil, həm də qardaşlıq münasibətləri” qurub. Qutsul vurğulayıb ki, Komrat (Qaqauz muxtariyyətinin mərkəzi) Ankarada nümayəndəlik açmaq niyyətindədir.

 

O, Türkiyə tərəfi ilə mövcud və planlaşdırılan iqtisadi, sosial və infrastruktur layihələri haqqında danışıb.

 

Qutsul 2018-ci ildə Ərdoğanın Qaqauziyaya səfərini xatırladıb,göstərilən dəstəyə görə minnətdarlığını bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu