Meksika polisi məşhur narkobaron El Çaponun oğlu Ovidio Quzmanı ABŞ-a təhvil verib.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Prokurorluğu məlumat yayıb.
O, yanvar ayında Kulyakan şəhərində güclü atışmadan sonra saxlanılmışdı.
Qeyd edək ki, El Çaponun özü 2017-ci ildə ABŞ-yə ekstradisiya edilib. O, Kolorado ştatında ciddi rejimli Supermaks həbsxanasında ömürlük həbs cəzası çəkir.