Modern.az

Xankəndini tərk edən erməninin dili topuq vurdu - VİDEO

Xankəndini tərk edən erməninin dili topuq vurdu - VİDEO

Qarabağ

16 Sentyabr 2023, 22:25

“Laçın” sərhəd-buraxılış məntəqəsi ilə Xankəndidən Ermənistana gedən erməni AzTV-nin kamerası qarşısında çətin anlar yaşayıb.

 

Modern.az xəbər verir ki, o, 2020-ci ilin 44 günlük müharibəsindən sonra hərbi xidmətə çağırıldığını, müharibədə iştirak etmədiyini iddia edib.

 

Müxbirin “Harada xidmət etmisən?” sualına isə Xankəndidə deyə cavab verib.

 

Erməni “Belə çıxır ki, Ermənistan vətəndaşı olaraq Azərbaycan ərazisində xidmət etmisən?” sualı qarşısında isə çaşıb qalıb və cavab verməkdə çətinlik çəkib.

 

Sonda isə “cavab verə bilmirəm” deyib. “Halın pisləşdi? sualına isə dili topuq vuraraq “bəli” deyə cavab verib.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu