NATO gələn il Soyuq Müharibədən bəri ən böyük hərbi təlimləri keçirəcək.
Modern.az xəbər verir ki, bu barədə NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer bildirib.
Bauerin sözlərinə görə, təlim Sabit Müdafiəçi adlanacaq. Təlimdə 40 mindən çox insan iştirak edəcək. O əlavə edib ki, təlimlər Almaniya, Polşa və Baltikyanı ölkələrdə keçiriləcək.
FT-nin məlumatına görə, təlimin məqsədi “NATO ölkələrindən birinə qarşı yönəlmiş Rusiyanın təcavüzünü dəf etmək cəhdini həyata keçirməkdir”.