Çexiyanın Rusiyameyilli müxalifət qüvvələrinin dəstəyi ilə paytaxtda hökumətə qarşı etiraz aksiyası keçirilib.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Etirazçılar hökumətin iqtisadi siyasətini və Ukraynaya hərbi dəstəyini tənqid edib.
Aksiyanı parlamentdə təmsil olunmayan, millətçi, Moskvayönlü və anti-Qərb mövqeyi tutmuş PRO hərəkatı təşkilat edib.
CTK xəbər agentliyinin məlumatına görə, aksiyada 10 minə yaxın şəxs iştirak edib.
"Onlar xarici güclərin agentləridir, sifarişləri yerinə yetirən insanlardır, adi kuklalardır. Mən daha kukla hökumət istəmirəm", - aksiya iştirakçılarından biri deyib.