Modern.az

İranda kütləvi aksiyalar - Polis atəş açdı

İranda kütləvi aksiyalar - Polis atəş açdı

17 Sentyabr 2023, 09:08

Məhsa Əmininin ölümünün ildönümündə İranın bir sıra şəhərlərində kütləvi aksiyalar keçirilib.

 

Modern.az yerli teleqram kanallarına istinadən xəbər verir ki, şəhər sakinləri kütləvi tətil keçirərək mağazalarını bağlayıblar.

 

Ölkənin qərbində Mehabad, Merivan, Sənəndəc, Saqqez, Kirmanşah və Rəşt şəhərlərində küçə etirazları keçirilib.

 

Hökumət qüvvələrinin Mehabad və Kirmanşahda atəş açdığı bildirilir.

 

Xatırladaq ki, 22 yaşlı kürd əsilli Mahsa Əmini hicab taxma qaydalarına əməl etmədiyi üçün əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra 2022-ci il sentyabrın 16-da dünyasını dəyişib. Onun ölümündən sonra bütün İranda hökumət əleyhinə kütləvi etirazlar başlayıb. 

 

Məhsa Əminin ölümünün ildönümü və ötənilki kütləvi etirazların təkrarlanması ehtimalı ilə İran rejimi bütün ölkədə nəzarətini gücləndirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu