Modern.az

Fəallar Brandenburq darvazalarına narıncı boya tökdülər 

Fəallar Brandenburq darvazalarına narıncı boya tökdülər 

17 Sentyabr 2023, 17:35

Almaniyada iqlim fəalları Berlinin məşhur Brandenburq darvazalarına narıncı boya töküblər.

 

Modern.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

 

Onlar Almaniya hökumətini iqlim dəyişikliyi ilə mübarizə üçün daha təcili tədbirlər görməyə çağırıblar.

 

Fəallar boya ilə doldurulmuş yanğınsöndürmə balonlarından istifadə ediblər.

 

Qrup Almaniyanın 2030-cu ilə qədər bütün qalıq yanacaqlardan imtina etməsini istəyib.

 

Polis Brandenburq ətrafındakı ərazini mühasirəyə alıb və qrupla əlaqəsi olan 14 fəalı həbs edib.

 

Berlin meri Kai Veqner qrupun hərəkətlərini pisləyib, onların taktikalarının etirazın hüquqi formalarından kənara çıxdığını deyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu