Modern.az

Daha bir kənd işğaldan azad edildi

Daha bir kənd işğaldan azad edildi

Dünya

18 Sentyabr 2023, 00:11

Ukrayna Baxmut yaxınlığındakı Kleşçeyevka kəndini işğaldan azad edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Qüvvələri məlumat yayıb.

 

Rusiya işğalı altında olan strateji Baxmutdan təxminən 6 km cənub-qərbdə yerləşən kəndə uğrunda döyüşlər dörd aya yaxındır davam edirdi.

 

“Biz Kleşçeevka kəndinin azad edilməsini təsdiq edirik", - Ukrayna ordusunun Şərq qüvvələrinin mətbuat xidmətinin rəhbəri kapitan İlya Yevlaş BBC-yə bildirib.

 

Ukrayna mətbuatında hərbçilərin kənddə çəkilən foto və videoları yayılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu