Gürcüstan Baş naziri İrakli Qaribaşvili Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Qaribaşvili özünün "X" hesabında yazıb.
Görüş Nyu-York şəhərində baş tutub.
"Biz ikitərəfli, regional və çoxtərəfli sahələrdə strateji tərəfdaşlığın daha da gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə etdik", - Qaribaşvili bildirib