ABŞ-da Türkiyənin dəstəyi ilə krımtatar məscidi açılıb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin ABŞ-dakı səfirliyinin X-dəki paylaşımında məlumat verilib.
Restavrasiyası tamamlanan Bruklindəki məbədin açılış mərasimində Türkiyə səfiri Murat Mercan da iştirak edib.
O, krımtatar türkləri ilə görüş keçirib.