Modern.az

TQDK həkim olmaq istəyənləri sınağa çəkir

TQDK həkim olmaq istəyənləri sınağa çəkir

Təhsil

17 Avqust 2013, 09:51

TQDK tərəfindən rezidenturaya hazırlaşan namizədlər üçün sınaq imtahanları keçirilir. Komissiyanın mətbuat xidmətindən verilən məlumata görə, sınaq imtahanları bu gün baza fənləri üzrə, sabah isə ixtisas fənlərindən olacaq.

İmtahanda iştirak etmək istəyən namizədlər üçün qeydiyyat internet vasitəsi ilə avqustun 7- dən 14-dək aparılmış və 680 nəfər qeydiyyatdan keçmişdir.

Sınaq imtahanları Bakı şəhərində keçirilir.

Sınaq imtahanları namizədlərə biliklərini yoxlamaqda, ümumi hazırlıq səviyyələrini müəyyən etməkdə yardımçı olacaq.
İmtahanlarda iştirak edən namizədlər özlərini real imtahan şəraitində hiss etməklə psixoloji cəhətdən uyğunlaşmaq və ayrılmış vaxtdan səmərəli istifadə etmək bacarıqlarını inkişaf etdirə bilərlər.

  Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj