Modern.az

Müdafiə Nazirliyi Ermənistanın əsirləri dəyişmək təklifinə münasibət bildirib

Müdafiə Nazirliyi Ermənistanın əsirləri dəyişmək təklifinə münasibət bildirib

Təhsil

17 Avqust 2013, 12:15

Eldar Sabiroğlu: “Firuz Fərəcov erməni mətbuatına müsahibələrində həmişə üçüncü ölkəyə getmək arzusunda olduğunu bildirib, indi birdən birə nə dəyişdi?”

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Müdafiə Nazirliyinin azərbaycanlı əsir Firuz Fərəcovu erməni əsir Akop İnciqulyanla dəyişməyə hazır olmasına münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu  APA-nın sorğuna cavabında bildirib ki, Ermənistanın Müdafiə Nazirliyinin müraciəti barədə məlumatlıdırlar: “Firuz Fərəcov bir ildən çoxdur əsirlikdədir  və erməni mətbuatının ondan dəfələrlə götürdüyü müsahibəyə əsaslanaraq  deyə bilərik ki, həmişə də təlimata uyğun olaraq üçüncü ölkəyə getmək arzusunda olduğunu bildirib.

İndi nə dəyişdi  ki, birdən birə belə fikrə düşdü? Burada dərk edilməsi çətin olan bir şey yoxdur. Ermənistan Müdafiə Nazirliyinin belə açıqlama ilə çıxış etməsi əlbəttə ki, erməni hərbiçisi  Akop İnciqulyanın Azərbaycan tərəfinə əsir düşməsi ilə bağlıdır. Bununla əlaqədar mən hər hansı qəti mövqe bildirmək istəməzdim.

Ona görə ki, belə məsələlərlə Azərbaycanda digər müvafiq səlahiyyətli qurum məşğul olur”. 

 

Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj