Modern.az

Misirin Türkiyədəki səfiri: “Türkiyə də ziyan görəcək”

Misirin Türkiyədəki səfiri: “Türkiyə də ziyan görəcək”

17 Avqust 2013, 12:20

Türkiyənin Misirdəki səfiri Hüseyin Avni Botsalı geri çağıırıldıqdan sonra Türkiyədəki Misir səfiri də öz ölkəsinə geri çağırılıb. Modern.az türk KİV-lərinə istinadən bildirir ki, Misir səfiri Əbdürrəhman Səlahəldi sonuncu dəfə jurnalistlərə açıqlama verib. O bildirib ki, Türkiyə Misirdəki əksəriyyəti dinləməli, yəni sadəcə “İhvanın” (“Müsəlman qardaşları”nın) yanında yer almamalıdır.”Türkiyədən gələn açıqlamalar Misirdə anlayışla qarşılanmır. Bu da Türkiyənin iqtisadiyyatına təsirirsiz ötüşmür”.

Abdürrəhman Səlahəldi açıqlamasına belə davam edib: “Misir hamı üçün təhlükəszidir. Türklər üçün də təhlükəsizdir. Ümid edirəm ki, qısa zamanda yenidən Türkiyəyə geri gələcəm. Bütün bunlar müasibətlərin kəsilməsi anlamına gəlmir. Məsuliyyətli insanlar doğru addım atacaq”. Bu açıqlamalardan sonra Misirin Türkiyədəki səfiri Qahirəyə yola düşüb.

 

Gültəkin

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi