Modern.az

"Bakı Kristal Zalı" bu nazirliyə verildi

Aktual

18 Sentyabr 2023, 19:59

"Bakı Kristal Zalı” İqtisadiyyat Nazirliyinin tabeliyinə verilib.

 

Modern.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

 

Qərara əsasən, “İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilib və “Bakı Kristal Zalı” MMC sözügedən siyahıya əlavə edilib.

 

Xatırladaq ki, “Bakı Kristal Zalı” 2012-ci ildə yaradılıb. Burada ilk dəfə “Eurovision” mahnı yarışması keçirilib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi