Modern.az

Sabah Binəqədidə kitab həftəsi başlayır

Sabah Binəqədidə kitab həftəsi başlayır

Təhsil

17 Avqust 2013, 12:26

Sabahdan “Qanun” Nəşrlər Evi kitab həftəsi keçirir. Avqustun 19-dan start götürəcək kitab həftəsi Binəqədi rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə gerçəkləşəcək. Aksiya kitab təbliğatı, mütaliənin artırılmasına xidmət edir. 
“Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu Modern.az-a bildirib ki, kitab həftəsi Binəqədi rayonundakı mərkəzi parkda təşkil ediləcək. “Həftə”nin ilk günündən şənbə gününə qədər 20 min kitab oxucuların ixtiyarına veriləcək. Kitab satışı ilə bərabər, şair və yazıçılarla görüş, habelə “gəzən kitabxana”, debatlar, fləşmob da təşkil ediləcək.


  Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj