Modern.az

Füzulidə ağır qəza - DİN-in 3 əməkdaşı öldü, 6-sı yaralandı

Füzulidə ağır qəza - DİN-in 3 əməkdaşı öldü, 6-sı yaralandı

Hadisə

19 Sentyabr 2023, 05:59

Sentyabrın 19-da saat 01:00 radələrində Füzuli rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a bildirilib ki, yük avtomobilinin aşması nəticəsində DİN-in 3 əməkdaşı hadisə yerində həyatını itirib, 6 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər