Misir paytaxtı Qahirənin Ramzes meydanı təhlükəsizlik qüvvələri və polisin mühasirəsində qalmaqdadır. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hərbi çevrilişlə devrilmiş prezident MƏhəmməd Mursi tərəfdarları sözügedən meydanda yerləşən “əl-Fəth” məscidinə sığınıblar. Etirazçıların arasında peşəkar vəzifəsini yerinə yetirən bir türk jurnalisti də var. Bu, TRT müxbiri Mətin Turandır. “Məscidin ətrafı zirehli maşınlarla əhatəyə alınıb. Çölə çıxmaq mümkün deyil. Bayıra adlayanı dovşan kimi ovlayırlar”, – deyə jurnalist cib telefonu vasitəsilə xəbər verib.
Xatırladaq ki, Misirdə keçirilən “Etiraz Cüməsi” aksiyasında 2 mindən çox adam öldürülüb. Misir hökuməti “terrorla mübarizə” adı altında Qahirədə qətliam törətdikdən sonra minlərlə adamı həbs atıb.