Modern.az

Bir qrup erməninin “Laçın” məntəqəsindən keçidi təmin edildi - VİDEO

Bir qrup erməninin “Laçın” məntəqəsindən keçidi təmin edildi - VİDEO

Qarabağ

19 Sentyabr 2023, 12:12

Bu gün Laçın dövlət sərhəd-buraxılış məntəqəsindən Xankəndi-Gorus istiqamətində Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 9 nəqliyyat vasitəsi ilə 28 nəfərin keçidi olub.

 

Modern.az xəbər verir ki, bu şəxslərdən 5 nəfəri BQXK üzvü, 9 nəfəri sürücü, 7 nəfəri xəstə, 6 nəfəri müşaiyətçi, 1 nəfəri isə tibb işçisi olub.

 

Həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin olunub.

 

Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərməklə yanaşı, Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunun blokadada saxlanmasına dair iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu