Modern.az

Azərbaycanda 7 minə yaxın gömrük pozuntusu qeydə alınıb

Azərbaycanda 7 minə yaxın gömrük pozuntusu qeydə alınıb

Təhsil

17 Avqust 2013, 14:19

2013-cü ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən 6904 inzibati qanun pozuntusu aşkar edilib. Modern.az bildiri ki, bu barədə şənbə günü DGK-nın yaydığı hesabatda deyilir.

Onlardan 72 qanunsuz keçməyə cəhd, 136 əşya, mal və ya pul vəsaitlərinin gizli keçirilməsi, 5879-u isə sənədlərin təqdim edilməməsi ilə bağlıdır.

Hesabat dövrü ərzində cinayət xarakterli gömrük qanunvericiliyinin pozulması üzrə 192 fakt qeydə alınıb. Məlumata görə, 130 fakt qaçaqmalçılıqla, 88-i isə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı olub.

Bu dövr ərzində 89,54 kiloqram narkotik vasitə ələ keçirilib. Həmçinin aksiz markası olmayan 7 malın idxalı faktı qeydə alınıb.

Bu faktlar üzrə yanvar-iyun aylarında şübhəli şəxs qismində 222 nəfər saxlanılıb.

M odern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj