Modern.az

Xocavənddə həlak olan polisin FOTOSU

Xocavənddə həlak olan polisin FOTOSU

19 Sentyabr 2023, 12:17

Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyinin 4 əməkdaşı Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda minaya düşərək həlak olublar.

 

Modern.az bildirir ki, həlak olan polislərdən biri Zamanov Xəzər Azər oğludur. 

 

1998-ci ildə anadan olan polis əməkdaşı Sədərək rayonundandır. Onun əmisi Aydın Zamanov 1990-cı illərin əvvəllərində Sədərək döyüşlərində şəhid olub.

 

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində cinayət işi başlanıb.

 

Həlak olan polisin fotosunu təqdim edirik:

1280517

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu