Modern.az

Zaqatalada körpünü sel apardı - FOTO

Zaqatalada körpünü sel apardı - FOTO

Aktual

19 Sentyabr 2023, 13:02

Son günlər leysan xarakterli yağan yağışlar Zaqatala rayonunda da fəsadlar törədib. 

 

Modern.az xəbər verir ki, rayonun Qazangüldə qəsəbəsində körpünü sel aparıb. Bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. 

 

Məsələ ilə bağlı Zaqatala rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, hadisə sentyabrın 17-si gecə saatlarında baş verib: “Gələn güclü sel nəticəsində körpünün bənd hissəsini su aparıb. Körpü istifadəsiz vəziyyətə düşüb. Onun bir hissəsi qalıb, digər hissəsini su aparıb”. 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ağadadaş Ağayevi döyən şəxs saxlanıldı